320
12:19
18 Aprel 2019

Piyadanı vurub qaçan sürücü HƏBS EDİLDİ

Bakıda piyadanı vurub qaçan avtomobil müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolun kənarında dayanan qəsəbə sakini R.Əzizov vurulub.
Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.