423
12:31
18 Aprel 2019

Salyanda marixuana aşkar edildi

Salyanda 3 kiloqramdan artıq marixuana aşkar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş T.Həmzəyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, habelə gizlətdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb..
Sabirabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nərimankənd kənd sakini Ə.Soltanovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.