256
12:44
18 Aprel 2019

Siyəzəndə qəza sərnişinin ölümü ilə nəticələndi

Siyəzən rayonunda sərnişinin ölümünə səbəb olan qəza baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az bildirilib ki, qəza dünən saat 19:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində baş verib.
Sumqayıt şəhər sakini F.Quliyevin idarə etdiyi “KİA” markalı minik və Abşeron rayon sakini A.İmaməliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilləri toqquşub.
Nəticədə F.Quliyevin sərnişini, Xızı rayon sakini Natiq İlyasov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.