480
12:53
18 Aprel 2019

Xaçmazda maşın kanala aşdı

Xaçmazda maşın kanala aşıb.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, hadisə aprelin 17-də saat 11:00 radələrində Xaçmaz rayonunun Qımıl kəndi ərazisində baş verib.
Qusar rayon sakini İlham Məlikov idarə etdiyi “Toyota” markalı avtomobili kanala aşırmış və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır