274
14:11
18 Aprel 2019

Bakı-2019: Yığmalarımızın rəqibləri müəyyənləşdi

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının komanda idman növlərində qrupların tərkibi müəyyənləşib.
ONA -nın məlumatına görə, voleybol, həndbol və basketbolda mübarizə aparacaq həm oğlanlardan, həm qızlardan ibarət komandalar hərəsində dörd iştirakçı olmaqla iki qrupa bölünüblər.
Meydan sahibi kimi bütün yarışlarda təmsil olunmaq hüququna malik yığmamız yalnız basketbolçu qızların yarışında iştirak etməyəcək.
Voleybol, oğlanlar
A qrupu: Almaniya, Rusiya, Belarus, Azərbaycan
B qrupu: Çexiya, İtaliya, Bolqarıstan, Belçika
Voleybol, qızlar
A qrupu: Rusiya, Bolqarıstan, Rumıniya, Azərbaycan
B qrupu: İtaliya, Türkiyə, Belarus, Azərbaycan
Basketbol, oğlanlar
A qrupu: Xorvatiya, Fransa, Serbiya, Azərbaycan
B qrupu: İspaniya, Türkiyə, Almaniya, Litva
Basketbol, qızlar
A qrupu: İtaliya, Fransa, Belçika, Rusiya
B qrupu: Çexiya, Türkiyə, Macarıstan, Polşa
Həndbol, oğlanlar
A qrupu: Danimarka, Almaniya, Serbiya, Azərbaycan
B qrupu: İslandiya, Xorvatiya, Fransa, Sloveniya
Həndbol, qızlar
A qrupu: Fransa, Rumıniya, Hollandiya, İspaniya
B qrupu: Macarıstan, İsveçrə, Çexiya, Azərbaycan
Qeyd edək ki, yarış iyulun 21-27-də olacaq.