331
14:31
18 Aprel 2019

Mingəçevirdə gənc usta “Kvadrasikl” hazırlayıb

Mingəçevirdə 25 yaşlı usta “Kvadrasikl” nəqliyyat vasitəsi hazırlayıb.
ONA -nın Mingəçevir bürosunun məlumatına görə, şəhər sakini Vladimir Kalidin nəqliyyat vasitəsini hazırlamaq üşün 3-4 ay vaxt sərf etdiyini bildirib. Bu texniki vasitə müəllifə 800-1000 manat vəsait hesabına başa gəlib. “Kvadrasikl”in hazırlanması zamanı “Mersedes”, “VAZ” markalı minik avtomobillərinin və motisklet detallarından istifadə olunub. Nəqliyyat vasitəsi saatda 90-110-kilmotr sürət həddi yığa bilir.
Vladimir Kalidin qardaşı Denisin yaxından köməyilə qısa müddətdə ərsəyə gətirdiyi texnikanı şəxsi ixtirası kimi rəsmən qeydiyyatdan keçirmək niyyətindədir. Bundan sonra onun təkmilləşdirilməsi və yeni layihələr üzərində işləmək istəyi də var.