258
15:05
18 Aprel 2019

Astarada avtomobil dərəyə aşdı

Astarada avtomobil dərəyə aşıb.
ONA -nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Deqədi-Pəlikeş avtomobil yolunda 1978-ci il təvəllüdlü Loğman Eyvazovun idarə etdiyi “UAZ” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və sərnişin, 1953-cü il təvəllüdlü Sürəyya Verdiyeva xəsarət alıblar.
Onların hər ikisi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.