312
15:10
18 Aprel 2019

Minik avtomobili yük maşınına çırpıldı

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
ONA -nın məlumatına görə, Bakı-Sumqayıt yolunda "Niva" markalı avtomobil qarşıda gedən "Isuzu" markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinə ciddi ziyan dəyib.
Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.