287
15:17
18 Aprel 2019

Ermənistanda əsgər özünü güllələdi

Ermənistanda əsgər özünü güllələyib.
ONA -nın "news.am"a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında hərbi hissələrdən birində baş verib.
Əsgər silah otağında odlu silahdan özünə atəş açıb. Yaralı əsgər Mikaelyan adına instituta yerləşdirilib, lakin bir neçə saat sonra ölüb.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başladılıb.