589
16:58
18 Aprel 2019

Yollar BİR HƏFTƏ bağlı olacaq

10 gündən sonra “Formula-1” dünyasının ürəyi Bakıda döyünəcək. Paytaxtımız ardıcıl dördüncü dəfə Qran-priyə ev sahibliyi edəcək.
Paytaxt sakinlərini maraqlandıran məqamlardan biri də trek ərazisindəki yolların hansı tarixlərdə bağlı olmasıdır.
Məsələ ilə bağlı ONA -ya açıqlama verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai
bildirib ki, yollar aprelin 22-30-u arası bağlı olacaq. Onun sözlərinə görə, yarışla əlaqədar avtomobillərin hərəkətinə aprelin 22-30-da məhdudiyyət qoyulacaq: “Aprelin 22-də gecə saat 01:00-dan yollar bağlanacaq. Bu, aprelin 30-u səhər 6-ya kimi davam edəcək".
N.Arpadari onu da deyib ki, Dənizkənarı Bulvar ərazisi isə aprelin 24-29-da bağlı olacaq. "Aprelin 25-dən bileti olan insanlar Bulvara daxil ola biləcəklər”.