373
17:49
18 Aprel 2019

Səbaildə yollar yenidən qurulacaq

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az -ın məlumatına görə, sərəncamda göstərilir ki, rayon ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,45 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.