679
18:50
21 Aprel 2019

Bunları geyinmək səhhətiniz üçün təhlükəlidir

Hər gün dəbə uyğun geyinmək, sağlamlığınızda ciddi problem yarada bilər.
Lent.az xəbər verir ki, gündəlik istifadə edərkən əhəmiyyət vermədiyiniz bu geyimlər sizin üçün böyük təhlükə ola bilər.
Cins şalvar dünyada ən universal və dəbdən düşməyən geyimdir. Ancaq gündəlik geyinilən cins dərinin nəfəs almağına mane olur, qan dövranını pozur və selulit yaranmasına səbəb olur.
Qadına xoş və incə görünüş bəxş edən dik daban ayaqqabılar da gündəlik istifadə edilərsə, səhhətinizdə narahatçılıq yaradar.
Belə ki, gündəlik bu ayaqqabıları geyinmək ayaq ağrısına, ayağın şişməsinə, hətta beldə onurğa sütununun yırtığına səbəb olur.
Düz ayaqqabılar isə tamamilə zərərsiz görünsə də, əslində bəzi xoşa gəlməz fəsadlara yol aça bilər. Ayağın üzərinə düşən yük damarların böyüməsinə və elastikliyini itirməsinə səbəb olar.
Bundan əlavə ayaq və bel ağrısına səbəb olar hətta ayağınız içə doğru əyilməsinə gətirib çıxarar.
Günəş eynəkləri yalnız dəb üçün deyil, eyni zamanda gözümüzü günəş şüasından qorumaq üçün istifadə etdiyimiz aksesuardır. Lakin eynəyi taxmaq üçün kifayət qədər şüa olmadıqda gözlərinizə zərər verər və katarakt xəstəliyi riskini artırar.
Onu da qeyd edək ki, zərərsiz eynəklərdən istifadə etmək gözlərin sağlam qalması üçün daha məqsədəuyğundur.
Desək ki, yatarkən geydiyimiz pijamalar sağlamlıq üçün zərərlidir, bu, hər kəsdə təəccüb doğurar. İsti və pambıq parçadan hazırlanan gecə geyimi dəridə qaşınmaya və hətta infeksiyaya yol açar.