662
19:13
18 Aprel 2019

İtkin düşən səyahətçi ağaca zəncirlənmiş halda tapıldı - FOTO

Rusiya sakini 31 yaşlı İvan Klyuçarovun skeleti agaca zəncirlənmiş halda tapılıb.
Rusiyanın bütün bölgələrini gəzərək fotolar paylaşan səyahətçi 2017-ci ildə Çerusti kəndinə getmişdi. Həmin vaxtdan bəri ailəsi ondan xəbər ala bilməmişdi.
Uzun müddətdir polis tərəfindən axtarılan səyahətçinin bir meşədə ağaca zəncirlənmiş halda skeleti tapılıb. Ekspertizanın rəyinə əsasən o, 2018-ci ilin mayında ölüb.
Daha maraqlı məqam isə İvanın öz-özünü ağaca zəncirləməsi və açarı yerə atdığı olub (axşam.az). Onun dostları ifadələrində İvanın tez-tez insanın çətin vəziyyətlərdə neçə müddət sağ qaldığını öyrənmək üçün bənzər təcrübələr həyata keçirdiyini deyiblər.
Anası isə bu ehtimal ilə razılaşmır. O, oğlunun öldürüldüyünü deyir. İstintaq hələlik davam edir.