782
22:29
18 Aprel 2019

Sükan arxasında ürəyi tutdu - AĞIR QƏZA - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
ONA -nın verdiyi xəbərə görə, avtoqəza zamanı "VAZ 2115" və "Nissan" markalı avtomobillər toqquşub.
Bildirilir ki, Fətəlixan Xoyski küçəsi ilə İqbal İsmayılovun idarə etdiyi "Nissan" markalı avtomobil işıqforun yaşıl işığında yoluna davam edərkən "VAZ 2115" markalı avtomobil qırmızı işıqda keçərək onunla toqquşub.
Məlum olub ki, "VAZ 2115"-in sürücüsü sükan arxasında ürək tutması keçirdiyindən avtomobili saxlaya bilməyib. Vəziyyəti ağır olan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.