286
15:26
20 Aprel 2019

Həbs olunan şəxs istintaq təcridxanasına narkotik keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən ONA -ya verdilən xəbərə görə, məhkum Hüseynov Elnur Qüdrət oğlu müəssisəyə qəbul olunarkən üzərinə və əşyalarına baxış zamanı cibində gizlətdiyi bükülüdə 0,167 qram narkotik maddə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.