734
18:21
20 Aprel 2019

Bu azərbaycanlını "İnterpol" axtarır

Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.
ONA -nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 39 yaşlı Rəşad Süleymanov intihar həddinə çatdırma, xuliqanlıq və qəsbdə təqsirli bilinir.
R.Süleymanov ölkədən qaçdığı üçün onun barəsində həbsli axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.