316
19:14
20 Aprel 2019

Daha bir piyadanı maşın vurdu

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA -nın yerli bürosunun məlumatına görə, şəhərin 5-ci mikrorayon sakini, 1939-cu il təvəllüdlü Qiyasbəyli Abugünəş Məhəmməd qızı yolu keçmək istəyərkən onu avtomobil vurub. Xəsarət alan 80 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.