368
19:29
20 Aprel 2019

İngiltərədə ilin ən yaxşı futbolçusu kim olacaq?

İngiltərə Peşəkar Futbolçular Assosasiyası ölkədə ilin ən yaxşı futbolçusuadına namizədləri açıqlayıb.
Qurumun saytında yer alan məlumata görə, siyahıda 6 oyunçunun adı yer alıb. Bunlar “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva və Rahim Sterlinq, “Liverpul”dan Vircil van Dayk və Sadio Mane, “Çelsi”dən isə Eden Hazarddır.
Qalibin adı aprelin 28-i Londonda keçiriləcək tədbirdə açıqlanıb.
Qeyd edək ki, son qalib “Liverpul”un hücumçusu Məhəmməd Salah olub.
qol.az