487
19:35
20 Aprel 2019

Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib

Türkiyənin Diyarbəkir şəhərində papirusla ərəb əlifbası ilə yazılmış 102 səhifədən ibarət kitab ələ keçirilib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1300 illik tarixi olduğu hesab edilən kitab dini motivlər əsasında yazılıb.
Bu tarixi əsəri satmaq istəyən 7 nəfər saxlanılıb. Faktla bağlı araşdırma başladılıb.