943
20:17
21 Aprel 2019

Dəhşətli partlayışlarda ölənlərin sayı 215 nəfərə çatıb, 500-ə qədər yaralı var - YENİLƏNİB - VİDEO

Bu gün Şri-Lankada Pasxa bayramı zamanı törədilən partlayışlarda ölən və yaralananlarla bağlı son məlumatlar açıqlanıb.
ONA -nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində 215 nəfər ölüb, 500-ə qədər insan yaralanıb.
Ölənlər arasında azı 35 əcnəbi var. Partlayışa görə indiyə qədər hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Müdafiə naziri Ruvan Viyevarden Şri-Lanka hakimiyyətinin partlayışların təşkilatçısını müəyyənləşdirdiyini açıqlayıb. Terror aktları ilə əlaqədar 7 nəfər saxlanılıb.
Qeyd edək ki, bu gün Şri-Lankada 8 partlayış törədilib. Öncə eyni vaxtda paytaxt Kolomboda 3 otel və bir kilsədə, o cümlədən Neqombo qəsəbəsində 2 kilsədə partlayışlar baş verib. Bir müddət sonra yeddinci və səkkizinci partlayışlar törədilib. Partlayışlardan biri Dexivala rayonunda zooparkda olub. Paytaxtın Demataqoda rayonunda törədilən səkkizinci partlayışda isə 3 polis əməkdaşı ölüb.
16:47
Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən 8 partlayışda ölənlərin sayı 207 nəfərə çatıb, 450-dən çox insan yaralanıb.
ONA -nın xəbərinə görə, bu barədə “Ada Derana” portalı polisə istinadən məlumat yayıb.
Xəsarət alanlar arasında 35 əcnəbi var. Bundan əvvəl partlayışlar nəticəsində 185 nəfərin öldüyü bildirilib.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
12:46
Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb.
ONA -nın xəbərinə görə, bu barədə “News 1ST” portalı məlumat yayıb.
Xəsarət alanlar arasında 35 əcnəbi var. Onlardan ən azı 4-ü Çin vətəndaşıdır.
Bundan əvvəl 160 nəfərin öldüyü, 500 nəfərin yaralandığı bildirilib.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
11:12
Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 160 nəfərə çatıb.
ONA -nın xəbərinə görə, bu barədə “News 1ST” portalı məlumat yayıb.
Bundan əvvəl 52 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilib.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
10:05
Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ən azı 52 nəfər ölüb.
ONA -nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Bundan əvvəl 42 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilib.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
***
saat 10.01
Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ən azı 42 nəfər ölüb.
ONA -nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Bundan əvvəl 25 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilib.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
***
saat 09.34
Şri-Lankada Pasxa bayramı zamanı törədilən partlayışlarda ən azı 20 nəfər ölüb, 160 nəfər xəsarət alıb.
ONA -nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib.