302
10:23
21 Aprel 2019

Piyadanı vuran sürücü qaçdı

Lənkəranda avtomobil piyada qadını vurub.
ONA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şəhidlər Xiyabanı küçəsində baş verib.
Naməlum avtomobil yolu keçmək istəyən piyada, "Raypo" kimi tanınan yaşayış massivində yaşayan 1962 -ci il təvəllüdlü Gəncəbanu Rzayevanı vurub.
Sürücü avtomobilə hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.