277
11:28
21 Aprel 2019

Maşın qadını vurub xəstəxanalıq etdi

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
ONA -nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Salyan rayonunun Varlı kəndində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobil yolu keçən rayon sakini, 1982-ci il təvəllüdlü Həsənova Xəyalə Tahir qızını vurub. Sonuncu ayağının sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.