536
13:14
21 Aprel 2019

Şri-Lankada növbəti partlayış: iki nəfər də öldü

Bu gün Şri-Lankada gün ərzində yeddinci dəfə partlayış törədilib.
ONA -nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi yerli polisə istinadən məlumat yayıb.
Partlayış paytaxtda zoopark yaxınlığında qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 85 nəfər ölüb. Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bu gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.