489
17:55
21 Aprel 2019

Sirkə turşusu içən qadın öldü - YENİLƏNİB

Bu gün Lənkəranda sirkə turşusu içən 41 yaşlı qadın ölüb.
ONA -nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1978-ci il təvəllüdlü Xalidə Zamanlının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə Ürgə kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Xalidə Zamanlı zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
İlkin məlumata görə, psixoloji problemlərdən əziyyət çəkən X. Zamanlı sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
14:48
Lənkəranda 41 yaşlı qadın intihara cəhd edib.
ONA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ürgə kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Xalidə Zamanlı zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hazırda vəziyyəti ağır olan zərərçəkmiş reanimasiya şöbəsində müalicə alır.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib, X. Zamanlı sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.