447
15:26
21 Aprel 2019

Qubada yanğın - FOTO

Bu gün Quba rayonu ərazisində yanğın hadisəsi baş verib.
ONA -nın şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Timiryazev kəndində qeydə alınıb.
Kənd sakini Əhmədov Samir Camo oğluna məxsus ikimərtəbəli yaşayış evi yanıb. Hadisə yerinə Quba Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və səbəbləri araşdırılır.