384
16:17
21 Aprel 2019

Terror aktları ilə əlaqədar 7 nəfər saxlanıldı

Bu gün Şri-Lankada törədilən terror aktları ilə əlaqədar 7 nəfər saxlanılıb.
ONA -nın “RİA Novosti’” agentliyinə istinadən verdiyi məlumata görə, bunu barədə Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bildirib.
Qeyd edək ki, bu gün Pasxa bayramı zamanı paytaxt Kolombo və ölkənin digər yerlərində katolik kilsələrdə və otellərdə 8 partlayış törədilib, ən azı 185 nəfər ölüb.
Şri-Lanka hakimiyyəti bu gün saat 18.00-dan sabah saat 06.00-dək komendant saatı elan edib.