1063
16:35
21 Aprel 2019

Bakıda DƏHŞƏTLİ HADİSƏ: it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO

Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb.
ONA -nın yerli bürosunun məlumatına görə, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.
Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.
Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.