368
17:17
21 Aprel 2019

Ərdoğan Şri-Lankadakı terror aktlarını pisləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sri-Lankadakı terror aktlarını pisləyib.
ONA -nın Türkiyə bürosunun məlumatına görə, R. T. Ərdoğan bildirib ki, bu vəhşi hücum bir daha hər cür terrorizmə qarşı mübarizənin zəruriliyini bir daha ortaya çıxarıb.
Türkiyə prezidenti Şri-Lankanın yanında olduqlarını ifadə edib, Sri-Lanka xalqına başsağlığı diləyib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Sri-Lankada törədilən terror aktlarını qınayıb.