503
18:07
21 Aprel 2019

Avtovağzalda sərnişin öldü

Gəncədə ölüm hadisəsi baş verib.
ONA -nın yerli bürosunun məlumatına görə, hadisə avtovağzalda qeydə alınıb.
Şəhər sakini 63 yaşlı Ramiz Hüseynov halı pisləşərək yıxılıb. Xəstəyə dərhal yerində tibbi yardım göstərilib. Ancaq 63 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
R. Hüseynovun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.