588
19:35
21 Aprel 2019

Mingəçevir sakini sahibi olduğu marketdə öldü

Mingəçevir sakini sahibi olduğu marketdə ölüb.
ONA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən marketlərdən birində baş verib.
Belə ki, 1952-ci il təvəllüdlü şəhər sakini Arif Fələk oğlu Əliyevin qəfil halı pisləşərək huşunu itirib və marketdə ölüb.
Qəfil ölümün səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.