409
21:19
21 Aprel 2019

“Liverpul” qalib gəlib, "Arsenal" məğlub olub, “Mançester Yunayted” antirekorda imza atıb

İngiltərə Premyer Liqasında XXXV tur davam edir.
ONA -nın məlumatına görə, bu gün tur çərçivəsində daha üç qarşılaşma keçirilib.
“Everton” “Mançester Yunayted”i qəbul edib. Meydan sahibləri 4 cavabsız qolla qalib gəlib. Bu, mançesterlilərin mövsümdə ən ağır məğlubiyyəti olub.
Ardıcıl ikinci oyunda darmadağın olan Ole-Qunnar Sulşerin yetirmələri son 38 ildə ilk dəfə ardıcıl 5 səfər məğlubiyyəti alıb. Premyer Liqada buraxılan qol sayında klubun antirekordunu yeniləyən Mançester təmsilçisi 11 oyundur qapısını toxunulmaz saxlaya bilmir.
“Liverpul” isə “Kardiff”in qonağı olub. Səfər qələbəsi mersisaydlıları yenidən liderliyə daşıyıb. “Arsenal” isə “Kristal Pelas”la ev matçında məğlubiyyətə üzülüb.
Qeyd edək ki, tur aprelin 22-də yekunlaşacaq.
İngiltərə Premyer Liqası
XXXV tur
21 aprel
“Everton” – “Mançester Yunayted” – 4:0
Riçarilson, 13, Siqurdsson, 28, Dinye, 56, Uolkott, 64
“Kardiff” – “Liverpul” – 0:2
Viynaldum, 56, Milner, 77
“Arsenal” – “Kristal Pelas” – 2:3
Özil, 47, Obameyanq, 77 - Benteke, 17, Saha, 61, Makartur, 69