748
22:21
21 Aprel 2019

Futbolçumuzu döydülər - ŞİKAYƏTÇİDİR

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.
ONA -nın məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb.
Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.
Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.