365
23:27
21 Aprel 2019

Bakıda daha bir yanğın: 2 azyaşlı zəhərləndi

Bakının Yasamal rayonunda yaşayış evində yanğın olub.
FHN-dən Lent.az -a verilən məlumata görə, ümumi sahəsi 12 m² olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb.
Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.