742
13:29
14 May 2019

Elmar Məmmədyarov: “Bu, insanlararası münasibətlərə ən böyük dəstəkdir” - YENİLƏNİB

“Biz Avropa qaz marketini əsas prioritetlərimizdən hesab edirik”.
ONA -nın məlumatına görə, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu layihə Aİ rəsmilərinin də dediyi kimi geostrateji layihədir: “Xəzərin Azərbaycan sektorunun Avropaya daşınması istiqamətində işlər davam edir. TANAP layihəsi artıq istifadəyə verilib. Gələn ilm TAP layihəsi də başa çatdıqdan sonra 2020-ci ildə ilk qazın Avropaya çatdırılması nəzərdə tutulur. Lakin Cənubi Qaz Dəhlizi layihəsi hekayənin sonu deyil. Növbəti 10 ildə onun genişləndirməsi ilə Balkana qədər uzadılması düşünülür. Bunu birləşdiricilər yoxsa boru xətləri vasitəsi ilə edilməsi istiqamətində danışıqlar gedir Biz Aİ ilə bu istiqamətdə növbəti 10 illər üçün də danışıqlar aparmalıyıq. Tərəfdaşlığımızın digər vacib sahəsi nəqliyyat birləşdiriciləridir. Azərbaycan şərqlə qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol xəttini istifadəyə verib. Cənubla Şimalı birləşdirəcək müxtəlif imkanlar üzərində də çalışırıq. Bu da əlaqələrimizin gələcəyi üşün gündəlikdə duran əsas məsələlərdən biridir. Bir gün Bakı sakini qatara oturaraq bir neçə gün sonra Stokholmda ola bilər. Bu, insanlararası münasibətlərə ən böyük dəstəkdir”.
12:11
Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfrans keçirilir.
ONA -nın məlumatına görə, konfransın açılış mərasimində Aİ –nin genişləndirmə və qonşuluq siyasəti üzrə baş direktoru Kristian Denielson, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Rumıniyanın baş naziri Viorika Dençila çıxış edəcək.
Daha sora konfrans “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclası ilə davam edəcək. Panel müzakirələrinin açılışında Avropa genişləndirə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han çıxış edəcək. İclasda Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.
Daha sonra “Şərq Tərəfdaşlığının gələcəyi: daha güclü iqtisadiyyat, idarəçilik, bağlılıq və cəmiyyət yolunda” adlı ikinci panel müzakirələri keçiriləcək. Panelin açılışında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini çıxış edəcək.
Konfransın sonunda yekun bəyanatın qəbulu gözlənilir.