1550
15:53
14 May 2019

FİFA prezidenti “Qarabağ”ı təbrik etdi, AFFA isə cərimələdi - - YENİLƏNİB

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan çempionu "Qarabağ"ı təbrik edib.
ONA -nın məlumatına görə, qurum rəhbəri təbrikini AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla çatdırıb.
C.İnfantino beynəlxalq futbol ictimaiyyəti adından “Qarabağ”ı Topaz Premyer Liqasının 2018/2019-cu il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.
ONA -nın digər məlumatında isə bildirilir ki, AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XXVIII turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub.
Komitə üzvləri baş verənlərlə bağlı müvafiq qərarlar qəbul ediblər. “Keşlə”nin futbolçusu Edvinas Girdvanis “Səbail”lə oyunda qırmızı vərəqə aldığı üçün bir matçlıq cəzalanıb və 200 manat cərimə olunub. “Səbail” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib.
“Sumqayıt” – “Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ziyana düşüb.
“Neftçi” – “Qarabağ” oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan Ağdam klubu da 800 manat cərimə olunub.