1513
19:47
14 May 2019

Ermənistan ordusunun əsgəri ölüb

Ermənistan ordusunda əsgər ölümü baş verib.
ONA -nın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz “facebook” səhifəsində yazıb.
Bildirilir ki, 1999-cu il təvəllüdlü Ararat Xaçumyan bu gün orduda baş vermiş hadisə nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.