944
06:43
15 May 2019

Tbilisidə 4 yaşlı uşaq "Hörümçək adam" kostyumunda 8-ci mərtəbədən yerə atılıb

Tbilisidə 4 yaşlı uşaq “Hörümçək adam” geyimində özünü 8-ci mərtəbədən yerə atıb və sağ qalıb.

ONA -nın verdiyi xəbərə görə, bu barədə "Грузия Online" portalı məlumat yayıb.

Bildirilir ki, uşaqevdə nənəsi ilə birgə olub. Qadın uşağın otaqda oynadığını düşünsə də, bir qədər sonra qonşular hadisə barədə xəbəri çatdırıb.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq bu yolla sevimli qəhrəmanını təkrarlamaq istəyib. O, ağır travma ilə xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlının vəziyyətini kafi hesab edir.