411
10:04
15 May 2019

Narkotik satan şəxs saxlanıldı

Narkotikvasitələrin istifadəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.