536
12:34
15 May 2019

Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, qəza mayın 14-də saat 5 radələrində rayonunun Eyvazalılar kəndi ərazisində müəyyən edilib. Naməlum şəxs avtomobillə yolu keçən Ağcabədi rayon sakini Məhərrəm Məmmədovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.