671
14:55
15 May 2019

Mingəçevirdə azyaşlı uşağı maşın vurub

Mingəçevirdə azyaşlı uşağı maşın vurub.
ONA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərdə poçt meydanı kimi tanınan ərazidə baş verib.
Markası hələ ki tam dəqiqləşdirilməmiş avtomobil 2012-ci il təvəllüdlü şəhər sakini Cabbarlı Elvin Elsevər oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.