1330
17:44
15 May 2019

“Bavariya” sabiq futbolçusunu baş məşqçi postuna gətirə bilər

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi postunda dəyişiklik edilə bilər.
ONA -nın məlumatına görə, Münhen təmsilçisinin çalışdırıcısı Niko Kovaçın mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
Onu bu vəzifədə əvəzləməyə əsas namizəd də bəllidir. “Bavariya” 2006-2011-ci illərdə heyətində futbolçu kimi çıxış etmiş Mark van Bommeli “sükanı arxasına” gətirmək istəyir.
Ötən ilin yayında PSV-nin baş məşqçisi təyin olunan mütəxəssisin yetirmələri Hollandiya çempionatında ikinci yerdə qərarlaşıblar. Onunla bir müddət öncə “Milan”ın da maraqlandığı qeyd olunurdu.