1299
18:19
15 May 2019

“Anatolian Phoenix-2019” təlimləri davam edir - VİDEO

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir. Bu barədə Lent.az -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, təlimlərin növbəti mərhələsində ssenariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyən olunaraq xilas edilməsi məqsədilə axtarış-xilasetmə əməliyyatları həyata keçirilib.