1089
22:57
15 May 2019

Gürcüstanda meşə yanğını baş verib

Gürcüstanın Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.
ONA -nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Halların İdarəetməsi Xidmətinin əməkdaşları, eləcə də Tiflis, Barjomi, Axaltsıx, Aspindza və Adigenidən 150-dək yanğınsöndürən cəlb olunub.
Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin Sərhəd polisi xidmətinin helikopteri də cəlb edilib. Yanğın çətin dağlıq ərazidə baş verdiyindən yanğın-xilasetmə avadanlıqlarının hadisə yerinə çatdırılmasının ləngidiyi bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanılıb.