1097
00:47
16 May 2019

Bakıda 2 yaşlı uşaq 4-cü mərtəbədən yerə yıxılaraq ölüb

Qaradağ rayonunda ehtiyyatsızlıq üzündən ölüm hadisəsi qeydə alınıb.
ONA -nın xəbərinə görə, hadisə Lökbatan qəsəbəsində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Abbasova Ayla Ramin qızı yaşadığı evin 4-cü mərtəbəsinin pəncərəsindən yerə yıxılıb.
Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.