1002
01:23
16 May 2019

Sabunçuda avtomobil qəzasında 3 nəfər xəsarət alıb

Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ONA xəbər verir ki, "NİVA" markalı minik avtomobili rayon ərazisində hərəkətdə olan arxadan gələn avtomobillə toqquşub.
Hadisə nəticəsində "NİVA"nın sürücüsü 1963-cü il təvəllüdlü Məmmədov Mehrac, sərnişinlər 1956-cı il təvəllüdlü Məmmədov Nəbi və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
N.Məmmədova almacıq sümüyünün sınığı, A.Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.