1531
19:45
21 May 2019

6 futbolçu “Başakşəhər”dən gedir

İstanbulun “Başakşəhər” klubu 6 futbolçusu ilə yollarını ayıracaq.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Emmanuel Adebayor, Demba Ba, Serdar Taşçı, Marsio Mossoro, Emre Belözoğlu və Qael Cliçi klubdan ayrılacaqlar. İspaniyanın “Barselona” klubunun “Başakşəhər”də icarə əsasında forma geyinən yarımmüdafiəçisi Arda Turanın gələcəyi isə Kataloniya klubunun qərarından sonra bilinəcək.
Qeyd edək ki, “Başakşəhər” klubu Türkiyə Superliqasının 33-cü turunda “Qalatasaray”a məğlub olaraq çempionluğu əldən verib.