1329
18:49
21 May 2019

“Neftçi”nin futbolçusu Qvineya yığmasına çağırıldı

Bakının "Neftçi” klubunun futbolçusu Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub.
ONA -nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi təlim-məşq toplanışında iştirak edəcək.
Afrika təmsilçisinin hazırlıq prosesi iyunun 6-da başa çatacaq.
Qeyd edək ki, M.Kane son mövsümün ikinci yarısından etibarən şərəfini qoruduğu "Neftçi”nin heyətində 9 oyun keçirib.