1348
19:23
21 May 2019

“Meydan TV”nin əməkdaşının sərhədkeçmə məhdudiyyəti ləğv edilib

“Meydan TV”nin əməkdaşı Orxan Məmmədovun sərhədkeçmə məhdudiyyəti ləğv edilib.
ONA xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. Hazırda xaricdə yaşayan O. Məmmədov bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin qərarını paylaşıb.
Qərarda bildirilib ki, “Meydan TV” internet media kanalının vəzifəli şəxsləri barəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə zərurətin aradan qalxması ilə əlaqədar Məmmədov Orxan Çingiz oğlu barəsində tətbiq edilən sərhədkeçməyə məhdudiyyət tədbiri mayın 13-dən ləğv olunub.