1236
21:25
21 May 2019

İsmayıllı sakini özünü evin ikinci mərtəbəsindən atıb

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.
ONA -nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb.
Rayon sakini, 1982-ci il təvəllüdlü Məlikov Zaur Ağaməmməd oğlu yaşadığı evin 2-ci mərtəbəsindən özünü aşağı atıb. O, ayağın sınığı, döş qəfəsin əzilməsi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.