710
04:41
22 May 2019

Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır

“İranın Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır”.
ONA -nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu Tehran Universitetinin rektoru Mahmud Ahmedabadi deyib.
Rəhbərlik etdiyi universitetdə türk dili kurslarını açmaq, türk şagirdlərini qəbul etməyə hazır olduqlarını diqqətə çatdıran rektor Türkiyə ilə geniş əməkdaşlığa sahib olduqlarını ifadə edib.
O, əlavə edib ki, iki ölkə regionda elm və texnologiya sahəsində öndədir. Bu məqsədlə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini dilə gətirən Tehran təhsil ocağının rəhbəri Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində tələbə mübadiləsinin əhəmiyyətindən də söz açıb və buna hazır olduqlarını vurğulayıb.